Ukraynada döyüşən ruslara bu qədər pul veriləcək

ukraynada-doyusen-ruslara-bu-qeder-pul-verilecek
Oxunma sayı: 4352

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənlərə birdəfəlik ödəniş haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, hərbi xidmət üçün müqavilə bağlamış hərbi qulluqçular, o cümlədən səfərbərliklə döyüşlərə cəlb olunanlara 195 min rubl (5400 AZN) ödəniləcək.

Hökumətə ödənişlərin həyata keçirilməsi qaydasını müəyyən etmək və bu məqsədlər üçün xərclərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

“Bu fərman 2022-ci il sentyabrın 21-dən yaranmış hüquq münasibətlərinə şamil edilir”, - deyə fərmanın mətnində deyilir.