“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu haqda kəşfiyyat batalyonunun komandir köməkçisi Konstantin Parşın açıqlama verib.
Onun sözlərinə görə, ən ağır vəziyyət Qranitni yaşayış məntəqəsində yaranıb.
“Mərmilər o qədər güclüdür ki, mənzildə şüşələr əsir. Separatçılar Ukrayna hərbi qulluqçularının mövqelərinə artilleriyadan və “Qrad”lardan atəş açırlar”, - deyə Parşın bildirib.
“Dnepr-1” batalyonundan bildirilib ki, Ukrayna hərbi qulluqçularının mövqeləri Rusiya meyilli separatçılar tərəfindən Telmanovsk və Sartana qəsəbəsi ərazisindən atəşə tutulur.
Son xəbərlər
Son Xəbərlər