Ukraynada əhaliyə silah paylanır

ukraynada-ehaliye-silah-paylanir
Oxunma sayı: 2494

Ukraynada əhaliyə silah paylanılmasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski bu gün keçirilən brifinqdə açıqlayıb.

“Biz artıq torpağımızı qorumaq üçün bütün istəyənlərə, suverenliyimizi qorumağa qadir olan hər kəsə silah paylayırıq və paylayacağıq. Təcrübəsi olan və Ukraynanın müdafiəsinə qoşula bilən hər kəs dərhal müvafiq toplama mərkəzlərinə gəlməlidir. Daxili İşlər Nazirliyi dövlətin müdafiəsi üçün veteranları cəlb edir”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna ordusu ağır döyüşlər aparır: “Ukrayna şimaldan, şərqdən və cənubdan, havadan hücuma məruz qalır”.