Ukraynada ehtiyatda olan hərbçilərin orduya çağırılmasına başlanıldı

ukraynada-ehtiyatda-olan-herbcilerin-orduya-cagirilmasina-baslanildi
Oxunma sayı: 1354

Ukraynada 18 yaşından 60 yaşına qədər ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılmasına başlanılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, sözügedən yaş qrupuna daxil olan və hərbi xidmətə çağırılan şəxslər zabitlər, sıravi əsgərlər və serjant heyətidir. Bildirilir ki, çağırış fevralın 23-ü başlayıb və maksimum xidmət müddəti 1 il təşkil edir.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbçilərin orduya çağırılması haqda fərman imzalayıb.