Ukraynada əsir götürülən rusların sayı açıqlandı

ukraynada-esir-goturulen-ruslarin-sayi-aciqlandi
Oxunma sayı: 7118

Son 15 gündə Ukraynaya qarşı döyüşən 500-dən çox rus əsgəri əsir götürülüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna prezidentin ofisinə istinadən məlumat yayıb. 

"Statistika çox çətindir. Çünki birbaşa döyüş toqquşmalarının çoxlu mərkəzləri var və əsirlər bizim müxtəlif bölmələrimizə düşür. İndi bunu tez bir zamanda bir cədvəldə ümumiləşdirmək mümkün deyil. Mövcud hesablamalara görə, hazırda təxminən 500-700 əsir var", - məlumatda qeyd olunur. 

Bir gün əvvəl Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç müharibə zamanı 250-300 rusiyalının əsir götürüldüyünü bildirmişdi.