Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk məlumat verib.
Onun sözlərinə görə, hazırda Ukraynada 600-ə yaxın rusiyalı hərbi əsir var. Dövlət rəsmisi bildirib ki, beynəlxalq hüquqa əsasən hərbi əsirlər üçün xüsusi düşərgə tikilməlidir.
Son xəbərlər
Son Xəbərlər