Ukraynada Esman icmasına yarım saatda 50-dən çox mərmi atıldı

ukraynada-esman-icmasina-yarim-saatda-50-den-cox-mermi-atildi
Oxunma sayı: 1689

“İşğalçılar Sumı rayonundakı Esman icmasının ərazisini atəşə tutublar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sumı Regional Hərbi İdarəsinin rəisi Dmitri Jivitski məlumat verib.

O bildirib ki, yarım saat ərzində 50-dən çox mərmi atılıb:

"Esman icması. Rusiya yenidən təxribat xarakterli olaraq ərazilərimizi minaatanlardan atəşə tutur. Son yarım saatda əllidən çox güllə atılıb. İtkilər dəqiqləşdirilir".