Ukraynada fövqəladə vəziyyət elan olundu

ukraynada-fovqelade-veziyyet-elan-olundu
Oxunma sayı: 3957

Ukraynanın Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov açıqlayıb.

Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətləri istisna olmaqla ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimi elan olunub.

O bildirib ki, zərurət yaranarsa, bölgələrdə komendant saatı da tətbiq ediləcək.

Danilov, həmçinin qeyd edib ki, Ukraynada səfərbərlik barədə qərar qəbul edilə bilər, lakin hələ səfərbərlik elan olunmayıb.