“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, “Odessa Pride” qrupunun sözçüsü Kyrylo Bodelan deyib ki, qrup bunun əvəzində şəhərdə gey hüquqları hərəkatının tarixi barədə ictimai diskussiyalar aparacaq.
Xatırladaq ki, avqustun 13-də məhkəmə gey-paradın zorakılıqlara yol açacağını əsas gətirərək aksiyanı qadağan edib.
Mart ayında Kiyevdə lesbiyan, gey, biseksual və transseksualların kiçik marşında nümayişçilərə hücum edilmişdi. Gey hüquqlarını dəstəkləyənlər ümid edirdilər ki, 13-16 avqust tədbiri Odessa vilayətinin yeni, Qərbyönümlü qubernatoru Mikheil Saakashvili tərəfindən müdafiə olunacaq.
Son xəbərlər
Son Xəbərlər