“Ukraynada “Harpun” raketlərini və “HIMARS” raket sistemini vurduq” - İqor Konaşenkov

ukraynada-harpun-raketlerini-ve-himars-raket-sistemini-vurduq
Oxunma sayı: 4151

Rusiya Odessada NATO ölkələrindən göndərilən “Harpun” raketlərinin saxlandığı anbarı, Donetsk bölgəsində ABŞ istehsalı olan “HIMARS” yüksək performanslı artilleriya raket sistemlərinin buraxılış qurğusu və daşıyıcısını vurduqlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Konaşenkov Ukrayna ordusunun Xarkov vilayətinin Çuquyev şəhərindəki 92-ci Mexanikləşdirilmiş Bölməsinin müvəqqəti yerləşdiyi əraziyə Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində 200-ə yaxın Ukrayna əsgərinin yüksək dəqiqlikli raketlərlə vurulduğunu və onların hərbi obyektlərə hücum etdiyini bildirib.

Rus döyüş təyyarələrinin Donetsk vilayətində Slavyansk yaxınlığında havada Ukrayna Hərbi Hava Qüvvələrinə aid Mi-17 hərbi helikopterini vurduğunu bildirən Konaşenkov, hava hücumundan müdafiə sistemlərinin Xarkov vilayətində Velikaya Kamişevahada Ukraynaya məxsus Su-25 döyüş təyyarəsini və Bolşiye Prohodi yaxınlığında pilotsuz uçuş aparatını vurduğunu qeyd edib.