Ukraynada həbs edilib Azərbaycana göndərildi

ukraynada-hebs-edilib-azerbaycana-gonderildi
Oxunma sayı: 3937

Külli miqdarda dələduzluqda təqsirləndirilən azərbaycanlı Ukraynadan Azərbaycana ekstradisiya edilib.

"Qafqazinfo" xəbər verir ki, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən Azərbaycan vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

M.Mövsümov  barəsində  etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib. 26.11.2021-ci il tarixində  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.