Ukraynada həmyerlisini güllələyən azərbaycanlı axtarılır

ukraynada-hemyerlisini-gulleleyen-azerbaycanli-axtarilir
Oxunma sayı: 1358

Ukraynanın Xarkov şəhərində Azərbaycan vətəndaşlarının iştirakı ilə silahlı insident yaşanıb.

“Qafqazinfo”nun “RBK-Ukraina” portalına istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 5-də saat 19:00-da Valentinovsk küçəsində qeydə alınıb.

Məlumata görə, 36 yaşlı Azərbaycan vətəndaşı 30 yaşlı həmyerlisini qarın, çiyin və ayaq nahiyyələrindən  güllələyib. 

Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb.

Hazırda Xarkov  polisi cinayətkarın tutulması üçün bir sıra zəruri tədbirlər həyata keçirir.