Ukraynada hərbi təyyarə düşdü, 25 nəfər öldü - Video + Yenilənib

ukraynada-herbi-teyyare-dusdu-25-nefer-oldu
Oxunma sayı: 5797

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.

***

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 23 nəfər olub. Onlardan 5-i heyət üzvü, 18-i kursantdır. Göyərtədəkilərdən 20-si ölüb, 2-nin vəziyyəti ağırdır.  

***

Ukrayna DİN qəza ilə bağlı daha bir məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır. 

***

Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib. 

***

Xarkovda təyyarənin qəzaya uğraması zamanı həlak olanların sayı 25 nəfərə çatıb. Bu barədə Ukrayna Baş Prokurorun Ofisi bildirib.

Təyyarənin qəzaya uğraması faktı ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin "Uçuş qaydalarının pozulması" maddəsi ilə cinayət işi başladılıb.