Ukraynada hərbi vertolyot qəzaya düşdü, komandir öldü

ukraynada-herbi-vertolyot-qezaya-dusdu-komandir-oldu
Oxunma sayı: 751

Ukraynanın Rovensk vilayətinin Sestryatin Radivilovsk rayonunda “Mİ- 8” hərbi vertolyotu təlim uçuşu zamanı qəzaya düşüb.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər həlak olub.

Dünyasını dəyişənlərdən dördü ekipaj üzvü, biri isə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ordu Aviasiya Təşkilatının 16-cı Xüsusi Briqadasının komandiridir. Onun adı açıqlanmır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.