Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

ukraynada-herbi-veziyyet-rejimi-uzadilacaq
Oxunma sayı: 772

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin uzadılması ilə bağlı qanun layihələrini parlamentə təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənədlər bu gün Ali Radada qeydə alınıb

Qanun layihələrinin faktiki mətnləri hələ açıqlanmayıb.

Qeyd edək ki, bu günlərdə deputat Yaroslav Jeleznyak Ukrayna Ali Radası növbəti plenar iclasında Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətinin yenidən uzadacağını bildirib. Ötən dəfə olduğu kimi, hərbi vəziyyət bir neçə ay uzadıla bilər. Eyni zamanda, gələn həftə parlamentin növbəti plenar iclasının keçiriləcəyi ehtimal edilir.

Xatırladaq ki, mayın 22-də Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini 2022-ci il avqustun 23-dək 90 gün uzadıb.