Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

ukraynada-herbi-veziyyetin-muddeti-uzadildi
Oxunma sayı: 1067

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak öz teleqram kanalında açıqlayıb.

Məlumata görə, ölkədə hərbi vəziyyətin müddəti 2023-cü il fevralın 19-dan daha 90 gün uzadılır.

Qeyd edək ki, Ali Rada 2022-ci il noyabrın 16-sı ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətini 2023-cü il fevralın 19-na qədər uzatmışdı.