Ali Rada Ukraynada hərbi vəziyyəti və ümumi səfərbərliyi 90 gün uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak teleqram kanalında bildirib.
“Bu, artıq səkkizinci uzadılmadır”, - deyə o yazıb.
Ölkədə hərbi vəziyyətin bu müddətə uzadılması Ukraynada oktyabr ayında keçiriləcək parlament seçkilərinin ləğvi deməkdir. Belə bir müddəanın qüvvədə olduğu müddətdə səsvermə keçirilə bilməz.
Son xəbərlər
Son Xəbərlər