Ukraynada çağırış yaşında olan bəzi kişilərin xaricə getməsinə icazə verildi

ukraynada-cagiris-yasinda-olan-bezi-kisilerin-xarice-getmesine-icaze-verildi
Oxunma sayı: 1585

“Nazirlər Kabineti 2022-ci il sentyabrın 1-dən ixracyönümlü şirkətlərin orta əməkhaqqı azı 20 000 qrivnadan az olmayan, büdcəyə vergi və rüsumlar üzrə borcu olmayan 10 nəfərdən az işçisinə 7 günə qədər xarici ölkələrə səyahət etməyə icazə verib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

O, qeyd edib ki, qeydiyyat “Diya” portalı vasitəsilə aparılacaq. 

Xatırladaq ki, Ukraynada hərbi vəziyyətin müddəti 2022-ci il noyabrın 21-dək uzadılıb. Bu müddət ərzində hərbi çağırışa yararlı olan şəxslərin ölkədən çıxışına qadğaa qoyulub.