“Ukraynada qan tökülməsinə son qoyulmalıdır, orada humanitar vəziyyət pisləşir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Türkiyə Ukrayna böhranı başlayandan bəri aydın mövqe tutub. Biz həmişə öz narahatlıqlarımızı və tənqidlərimizi vicdanla və səmimiyyətlə bölüşmüş, sağlam düşüncə və dialoqa çağırmış, gərginliyin azaldılması və diplomatiya məkanının yaradılmasının zəruriliyinə diqqət çəkmişik. Biz əvvəldən atəşkəsin təmin edilməsinə çağırış edirik. Ancaq təəssüf ki, fevralın 24-dən bu günə qədər Ukraynada dağıntılar və humanitar dram artmaqda davam edir. Minlərlə dinc sakin həlak olub, 3 milyondan çox insan öz ölkəsini tərk edib.
Bütün bunlara son qoymaq lazımdır. Qanın və göz yaşlarının axmasının dayandırılması lazımdır. Biz həmişə müharibələrdə qalibin olmadığını təsdiq etmişik və bundan sonra da təsdiq edəcəyik”, - deyə Türkiyənin XİN başçısı qeyd edib.
Son xəbərlər
Son Xəbərlər