Ukraynada ilk dəfə qadın komandan təyin olundu

ukraynada-ilk-defe-qadin-komandan-teyin-olundu
Oxunma sayı: 2072

Ukrayna ordusunda ilk dəfə Silahlı Qüvvələrin tibbi qüvvələr komandanı vəzifəsinə qadın təyin olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu vəzifəyə təyinat alan şəxs Tatyana Ostaşenkodur.

"İlk dəfə qadın Ukrayna Silahlı Qüvvələrində komandanlıqlardan birinə rəhbərlik etdi. Biz tədricən Silahlı Qüvvələrinin yeni bir modelinin qurulmasına doğru irəliləyirik. Ordunun NATO-nun prinsip və yanaşmalarına uyğun islahatlar sayəsində qadınların da indi kişilərlə bərabər hərbi xidmət etmək imkanı var”, - deyə ukraynanın müdafiə naziri Andrey Taran bildirib.