Ukraynada itkin düşən azərbaycanlı bacılar tapıldılar - Foto

ukraynada-itkin-dusen-azerbaycanli-bacilar-tapildilar
Oxunma sayı: 5465

Sosial şəbəkələrdə Ukraynada yaşayan azərbaycanlı bacılar - Aysu və Səma Sadıqovaların itkin düşməsi barədə məlumat yayılıb. Qızların tələbə olduğu və ötən gündən bəri yaxınlarının onlardan xəbər ala bilmədiyi qeyd olunurdu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq tələbə bacılar Mariupolda tapılıblar.

Hər iki qız sağ-salamatdır və dayılarının yanındadılar.