Ukraynada keçmiş nazir vertolyot qəzasında öldü - Fotolar

ukraynada-kecmis-nazir-vertolyot-qezasinda-oldu
Oxunma sayı: 1379

Ukraynanın keçmiş aqrar siyasət və qida naziri Taras Kutovıy vertolyot qəzasında həlak olub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə sabiq Baş Nazir Pavel Rozenko feysbuk hesabında məlumat verib.

Məlumata görə, Kiyevdən havaya qalxan “Robinson-44” tipli vertolyot Poltava bölgəsinin Orjitsko rayonunun Tarasenkovo kəndində qəzaya düşüb. Vertolyotu eks-nazirin özü idarə edirmiş. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü T. Kutovıy 2016-2018-ci illərdə nazir postunda olub.