Ukraynada kommunal qiymətlərin artırılması qadağan edildi

ukraynada-kommunal-qiymetlerin-artirilmasi-qadagan-edildi
Oxunma sayı: 1371

Ukrayna Prezidenti Volodimir Zelenski kommunal xidmət tariflərinin artırılmasına moratoriumun tətbiqi haqqında qanunu imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radası məlumat yayıb.

Moratorium hərbi vəziyyət dövründə və onun başa çatmasından 6 ay sonra qaz, istilik və isti su tarifləri üçün qüvvədə olacaq. Tariflərdəki fərq dövlət tərəfindən təchizatçıya ödəniləcək.

Qanun müəyyən edir ki:

-təbii qazın paylanması xidmətlərinin tarifləri artırılmır;

-istilik enerjisi, istilik enerjisi ilə təminat xidmətləri və bütün kateqoriyalar üzrə istehlakçılar üçün isti su təchizatı xidmətlərinin tarifləri artırılmır;

-təbii qazın əhali istehlakçıları üçün qiyməti 24 fevral 2022-ci il tarixinə tədarükçü ilə məişət istehlakçıları arasında münasibətlərdə tətbiq edilmiş qiymətdən artırıla bilməz.

Qanun təbii qaz tədarükçülərinə borcu ödəməzdən əvvəl məişət istehlakçısını məcbur etmək üçün hər hansı bir hərəkətə qadağa qoyur.