Ukraynada koronavirusdan ilk ölüm hadisəsi baş verdi

ukraynada-koronavirusdan-ilk-olum-hadisesi-bas-verdi
Oxunma sayı: 2168

Ukraynada koronavirusdan ilk ölüm hadisəsi baş verib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Covid-19-a yoluxan 71 yaşlı qadın dünyasını dəyişib. O, Jitomirsk vilayətinin sakinidir. Qadınla kontaktda olan qohumları və digərləri karantinə götürülüb.

Qeyd edək ki, ölən şəxs martın 12-də xəstəxanaya yerləşdirilmişdi.