Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - Fotolar

ukraynada-lotu-qulinin-adamlari-saxlanildi
Oxunma sayı: 3687

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlıqla məşğul olan, “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin daha iki üzvünün yaxalanması istiqamətində Odessada xüsusi əməliyyat keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Təcili istintaq və əməliyyat tədbirlərinin nəticələrinə görə, kəşfiyyatçılar daha əvvəl bir sahibkarın qarət edilməsi, soyulması və qaçırılması ilə əlaqəli olan qrupun daha iki fəal üzvünü müəyyənləşdiriblər. Bu gün əməliyyatçılar tərəfindən Odessa şəhərində sahibkarların fəaliyətinə müdaxilə edənlər saxlanılıb”,- deyə məlumatda qeyd olunub.

Saxlanılan hər iki şəxs Ukrayna Cinayət Məcəlləsinin 187 (soyğunçuluq) və 146 (qanunsuz həbs və ya qaçırma) maddələri üzrə cinayət törətməkdə ittiham olunurlar.