Ukraynada matəm elan olundu

ukraynada-matem-elan-olundu
Oxunma sayı: 3065

Xarkovda qanunsuz fəaliyyət göstərən qocalar evində baş verən yanğın nəticəsində 15 nəfərin ölümü ilə əlaqədar yanvarın 23-də Ukraynada matəm günü elan ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

“Qurbanların bütün ailələrinə və yaxınlarına, bütün Xarkov vətəndaşlarına bir daha başsağlığı verirəm. Fərmanı imzalayacağam, sabah dövlət səviyyəsində matəm günü olacaq”,- deyə Ukrayna Prezidenti qeyd edib.

Xatırladaq ki, yanvarın 21-də Xarkovda qeyri-qanuni şəkildə qocalar evi kimi fəaliyyət göstərən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində binada olan 33 nəfərdən 15-i həlak olub, 11 nəfər isə yaralanıb.

22 yanvar Xarkovda matəm günü elan olunmuşdu.