Ukraynanın Odessa şəhərində cəzaçəkmə müəssisələrindən birində məhkumlar iğtişaş yaradaraq oranı yandırıblar.
“Qafqazinfo”nun Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, mühafizəçilərdən biri öldürülüb, avtomobil yandırılıb.
Koloniyadan qaçan 6 məhkumdan biri yaxalanıb.
Hadisə yerinə yanğınsöndürənlər və xüsusi qüvvələr cəlb edilib.
***
Məhkumların keyfiyyətsiz qidaya görə üsyan etdikləri bildirilir.
***
Dövlət Penitensiar Xidmətinin eks-rəhbəri Sergey Starenkiy 5 gündür davam edən münaqişənin bu gün şiddətləndiyini söyləyib.
O, koloniyanın 4 əməkdaşının döyüldüyünü, ölənlərin olmadığını sözlərinə əlavə edib.
***
“Strana.ua” portalı xəbər verir ki, administrasiya rəhbəri koloniyaya daxil olaraq məhkumlarla danışıqlar aparıb. Nəticədə, üsyana son verilib.






Son xəbərlər
Son Xəbərlər