Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.
"Qafqazinfo" yerli KİV-ə istinadən xəbər verir ki, 1-4-cü sinif şagirdlərinin kütləvi zəhərlənməsinə məktəb bufetində istifadə olunan qida məhsulu səbəb olub.
15-ə yaxın şagird mədə ağrısı, ürək bulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.
Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.
Son xəbərlər
Son Xəbərlər