Ukraynanın şərqində yerləşən Luqansk şəhərində meydana gələn meşə yanğınları nəticəsində 6 nəfər həlak olub, 9 nəfər yaralanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti açıqlama verib. Bildirilib ki, dünən Luqansk bölgəsinin Novoaydar kəndində 13:00 radələrində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Yanğınlar nəticəsinə 110 evin zərər gördüyü bildirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski yanğının söndürülməsi üçün Daxili İşlər naziri Arsen Avakov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov, Prezident ofisinin rəhbəri Andriy Yermak və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Mikola Çeçotkin ilə fövqəladə iclas keçirib.
120 hektarlın ərazini əhatə edən yanğınların söndürülməsinə Ukrayna Silahli Qüvvələrinin də dəstək verdiyi bildirilib. Yanğınların söndürülməsinə ümumilikdə 386 canlı qüvvə, 90 yanğınsöndürüən maşın və 2 təyyarə cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər