Ukraynada metro və uşaq bağçaları bu tarixdən açılacaq

ukraynada-metro-ve-usaq-bagcalari-bu-tarixden-acilacaq
Oxunma sayı: 2106

Ukraynada mayın 25-dən etibarən metropoliten və uşaq bağçaları fəaliyyətinə davam edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş Nazir Denis Şmıqal bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq texniki hazırlıq da aparılır.

Şmıqalın sözlərinə görə, koronavirus epidemiyası səbəbindən elan edilən karantin rejimindən çıxışın ikinci mərhələsi mayın 22-dən başlayacaq. Üçüncü mərhələ isə iyunun 1-nə planlaşdırılır.