Ukraynada Milad bayramı rəsmi olaraq dekabrın 25-nə təxirə salınıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qanunu Prezident Volodimir Zelenski imzalayıb.
İndiyə qədər ölkə sakinləri Rusiyada olduğu kimi əsas xristian bayramını 7 yanvarda qeyd edirdilər.
Lakin bundan əvvəl dövlət başçısı parlamentə qanun layihəsi təqdim edərək bu ənənədən imtina edilməsini və Yeni Yulian təqviminə keçməyi təklif edib.
Son xəbərlər
Son Xəbərlər