Ukraynada milyonlarla insan işıqsız qaldı

ukraynada-milyonlarla-insan-isiqsiz-qaldi
Oxunma sayı: 2713

“Noyabrın 25-i axşam saatlarından ölkənin əksər regionlarında və Kiyevdə işıqlar kəsilib”.

“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, nəticədə Ukrayna ərazisində 6 milyondan çox vətəndaş işıqsız qalıb.

Buna görə Zelenski vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.