Ukraynada minimal əməkhaqqı artıb

ukraynada-minimal-emekhaqqi-artib
Oxunma sayı: 2346

Ukraynada minimal əməkhaqqının miqdarı dəyişib. 

“Qafqazinfo” Vesti.ua-ya istinadən xəbər verir ki, minimal əməkhaqqında 13,2% artım müşahidə edilib. 

2020-ci ilin ilk günü qüvvəyə minən qanuna əsasən, bu rəqəm 4723 qrivnada qərarlaşıb. Qeyd edilir ki, 2019-cu ildə orta aylıq əməkhaqqı 4 173 qrivna olub. 
 
6 yaşa qədər uşaqlarda yaşayış minimumu 779, 6-18 yaş arası 2 218, əmək qabiliyyətlilərdə 2 102, əlillər üçün isə 1 638 qrivna təşkil edəcək.