“Ukraynada müharibə olmayacaq” - Quterreş

ukraynada-muharibe-olmayacaq
Oxunma sayı: 2421

BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Ukraynada müharibə olmayacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, münaqişə olarsa, fəlakət baş verəcək.

“Bununla belə, nikbinlik üçün səbəb var. Heç bir tərəf vəziyyətin mümkün diplomatik həllinə “qapsıını bağlamayıb”. Beləliklə, bir tərəfdən eskalasiya ritorikasının və gərginliyin artması, digər tərəfdən isə “müxtəlif səviyyələrdə çox aktiv diplomatiya” müşahidə olunur”, - deyə Düjarrik BMT baş katibinin sözlərini çatdırıb.