Ukraynada müharibədə həlak olan dinc sakinlərin sayı açıqlandı

ukraynada-muharibede-helak-olan-dinc-sakinlerin-sayi-aciqlandi
Oxunma sayı: 2142

“Rusiya-Ukrayna müharibəsində rus qoşunlarının atəş açması nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

O bildirib ki, rus qoşunları kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir:

“Artıq 8 rayonda 507 yaşayış məntəqəsində elektrik enerjisi dayandırılıb”.