Ukraynanın Kiyev şəhərində Daxili İşlər Nazirliyi binası önündə keçirilən etiraz aksiyası zamanı 5 polis əməkdaşı zərər çəkib.
“Qafqazinfo” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ukraynanın Daxili İşlər Naziri Arsen Avakovun istefasını tələb edirlər.
“5 polis əməkdaşı aksiya iştirakçılarının istifadə etdiyi gözyaşardıcı qazdan zərər çəkib” – deyə, mətbuat xidməti bildirib.
Qeyd edilir ki, cinayət işinin açılmasına dair suala Kiyev polisi baxacaq.
Son xəbərlər
Son Xəbərlər