“Şimali Atlantika Alyansı Ukrayna ətrafında vəziyyətin bundan sonra necə inkişaf edəcəyini bilmir".
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib:
"Ukraynada nə baş verəcəyini bilmirik. Amma bu vəziyyət artıq göstərdi ki, Avropada təhlükəsizlik böhranı var".
Rusiya qoşunlarının ölkənin qərb və cənub sərhədləri yaxınlığında hərəkətindən danışan Stoltenberq qeyd edib ki, NATO-da “Rusiyanın niyyətlərinə inam yoxdur, lakin bu, onilliklərin ən böyük qüvvə cəmləşməsidir və özlüyündə narahatlıq yaradır”.
Stoltenberq Rusiya Müdafiə Nazirliyinin qoşunların daimi dislokasiya yerlərinə qayıtması ilə bağlı bəyanatlarında və videolarında NATO-nun şübhələrinin nəyə əsaslandığı sualına cavab verməyib. Alyansın baş katibi onu da qeyd edib ki, Rusiya qüvvələrinin sərhəddə cəmləşməsi bir çox kommersiya peykləri tərəfindən qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər