Ukraynada neçə uşaq həlak olub?

ukraynada-nece-usaq-helak-olub
Oxunma sayı: 1078

Rusiyanın Ukraynaya qarşı hücumu nəticəsində ümumilikdə 143 uşaq həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.

Bildirilir ki, daha 216 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Ümumilikdə ötən sutka ərzində 4 uşaq həlak olub.

Bununla yanaşı, rusiyalı hərbçilərin hücumu nəticəsində 733 məktəb zərər görüb, 74 məktəb isə tamamilə dağıdılıb.