Ukraynada neft bazasında partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Unian.net” məlumat yayıb.
İnsident Kiyevin yaxınlığındakı Vişnyovoe şəhərində qeydə alınıb. Hadisə yanacaq doldurulan yük avtomobilinin partlaması nəticəsində baş verib. Neft bazasının əməkdaşı yanıq xəsarəti alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hadisə ilə bağlı ətraflı məlumat verilmir.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Son xəbərlər
Son Xəbərlər