Ukraynada növbəti dəfə əsirlərin mübadiləsi oldu

ukraynada-novbeti-defe-esirlerin-mubadilesi-oldu
Oxunma sayı: 2133

Bu gün Ukraynada dördüncü əsir mübadiləsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir İrina Vereşçuk Teleqram kanalında məlumat verib. O bildirib ki, 30 ukraynalı dəyişdirilib. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var. 

“Prezident Zelenskinin əmri ilə bu gün daha bir əsirlərin mübadiləsi prosesi baş tutdu. 5 zabit və 17 hərbi qulluqçu dəyişdirildi. 1-i qadın olmaqla 8 mülki şəxs də azad edildi”, - deyə Vereşçuk yazıb.