Ukraynada nüvə stansiyasında yanğın çıxıb

ukraynada-nuve-stansiyasinda-yangin-cixib
Oxunma sayı: 1292

Ukraynanın Rovno stansiyasında transformatorlardan birində yanğın çıxıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Təcili müdaxil nəticəsində yanğın genişlənmədən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.