“Ukraynada ölən ruslar 200-dən çox şəhər və kənddə basdırılıb”

ukraynada-olen-ruslar-200-den-cox-seher-ve-kendde-basdirilib
Oxunma sayı: 3065

"Kreml rus işğalçıların ölümünü gizlədə bilmir, çünki Rusiyanın 200-dən çox şəhər və kəndində artıq Ukraynada öldürülən işğalçıların dəfn mərasimi keçirilib".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk səhifəsində yazıb.

A.Reznikov bildirib ki, bu say hər gün artacaq. Onun sözlərinə görə, Kreml artıq hava-desant qoşunları bölmələrinin verdiyi sarsıdıcı itkiləri gizlədə bilmir.