Ukraynada Poroşenkonun kursu davam etdiriləcək

ukraynada-porosenkonun-kursu-davam-etdirilecek
Oxunma sayı: 1469

Ukraynada sabiq prezident Pyotr Poroşenkonun kursu davam etdiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, respublikanın yeni prezidenti Vladimir Zelenskinin administrasiyası bütün səyləri ilə Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasına çalışacaq. Bunu prezident qərargahının nümayəndəsi Svyatoslav Yuraş “NewsOne” telekanalında qonaq olarkən deyib.

Hazırda Zelenskinin qərargahında sözügedən məsələlərlə bağlı hazırlıqlar gedir.