Ukraynada prezidentliyə ilk 5 namizəd təsdiqləndi

ukraynada-prezidentliye-ilk-5-namized-tesdiqlendi
Oxunma sayı: 1402

Ukraynanın Mərkəzi Seçki Komissiyası 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, siyahıda Ukraynanın keçmiş ekologiya naziri İqor Şevçenkonun, millət vəkili Sergey Kaplinin, təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Valentina Nalivayçenkonun, Lvov meri Andrey Sadovıy və “Aqrar” partiyasının keçmiş lideri Vitali Skotsikin adı var.

Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək.