Ukraynada prezidentliyə namizəd geri çəkildi

ukraynada-prezidentliye-namized-geri-cekildi
Oxunma sayı: 839

Ukraynada “Samopomoş” partiyasının lideri Andrey Sadovıy prezidentliyə namizədliyini geri çəkib. 

“Qafqazinfo”nun “Ukrainskaya pravda”ya istinadən xəbərinə görə, o, bu qərarı Ali Radanın “Naşa Ukraina” blokundan olan deputatı Anatoliy Qritsenkonun xeyrinə verib.

“Mən prezidentlik uğrunda mübarizədən imtina edirəm və seçkilərdə Anatoliy Qritsenkoya dəstək olacağımı bəyan edirəm”, -deyə Sadovıy bildirib.

Bundan başqa, o, Qritsenko ilə hər hansı danışıqlar aparmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, bununla da martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində prezident Petro Poroşenko da olmaqla 43 namizəd mübarizə aparacaq.

Anatoliy Qritsenko