Ukraynada prezidentliyə namizədlərin sayı 37 oldu

ukraynada-prezidentliye-namizedlerin-sayi-37-oldu
Oxunma sayı: 728

Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə daha 3 nəfərin namizədliyini qeydə alıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunlar “Xalq cəbhəsi” fraksiyasından Yuriya Timoşenko , “Vətənpərvər” partiyasından Andrey Novak, “Stabillik” partiyasından Mariupol Vasili Juravlyovdur. Bununla prezidentliyə namizədlərin sayı 37 nəfər olub. Namizədlərin qeydiyyatı fevralın 8-də yekunlaşacaq. 

Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək.