Ukraynada qalmaqal yaradan Maruv Bakıya gəlir

ukraynada-qalmaqal-yaradan-maruv-bakiya-gelir
Oxunma sayı: 1272

Ukraynanın məşhur müğənnisi Maruv (Arnna Korsun) Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, o, bu yay Azərbaycanda keçiriləcək ənənəvi “Jara” festivalında iştirak edəcək. 

Bu barədə layihənin instaqram səhifəsində məlumat verilib. Qeyd edilib ki, sənətçi iyunun 28-də Bakıda səhnəyə çıxacaq. 

Xatırladaq ki, Ukrayna milli seçim turunda tamaşaçılardan aldığı maksimum balla qalib gələn Maruv Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlə üzləşdiyini, “Eurovision”dan imtina etdiyini açıqlamışdı. 

Onun ictimai televiziya ilə müqavilə imzalamaması gündəmi zəbt etmiş, digər sənətçilər də müsabiqəyə getməkdən boyun qaçırmışdı. Bununla da, Ukrayna beynəlxalq layihədən geri çəkilmişdi.