Ukraynada rekord yoluxma

ukraynada-rekord-yoluxma
Oxunma sayı: 1847

Ukraynada ötən sutka 19 min 893 nəfərdə koronavirus aşkarlanması ilə rekord yoluxma qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat verib.

Rekord artımdan sonra ümumi yoluxma sayı 1 milyon 711 min 630-a yüksəlib.

Sutka ərzində 433 nəfər xəstəlik səbəbindən həyatını itirib, bununla da ümumi ölüm hallarının sayı 33 min 679-a çatıb.

Xəstəlikdən sağalan pasiyentlərin sayı isə 1 milyon 333 min 370 nəfər təşkil edir.