Ukraynada rus soyadları dəyişdirilir

ukraynada-rus-soyadlari-deyisdirilir
Oxunma sayı: 1571

Ukraynada rus soyadlarının yazılışı dəyişəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ukrayna dilinin yazı qaydaları” redaksiyası qərar çıxarıb. Yeni qaydalara əsasən, “ой” (-oy) sonluğu ilə bitən soyadlar “ий”lə (-iy)əvəz olunacaq. Antroponimlərdəki “ск(ий)”, “цк(ий)” sonluqlarına yumşaq səs əlavə ediləcək.

Məsələn, “Донской” (“Donskoy”) sözü “Донський” (“Donskiy”) şəklində yazılacaq. Siyahıda “Толстой” (“Tolstoy”) soyadı istisna təşkil edib.