Ukraynada Rusiya helikopteri vuruldu - Video

ukraynada-rusiya-helikopteri-vuruldu
Oxunma sayı: 3452

Ukraynanın “Avropa Həmrəyliyi” partiyasından olan xalq deputatı Aleksey Qonçarenko bildirib ki, Xarkov vilayətinin Bliznyuki şəhərində ukraynalı hərbçilər Rusiya ordusunun helikopterini vurublar.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında məlumat verib.

“İşğalçıların helikopteri Xarkov vilayətinin Bliznyuki kəndində vurulub. Ukrayna qalib gəlir!”, - deyə deputat yazıb.